Bir neçə gün əvvəl ABŞ və İngiltərənin 400 milyon ədad koronavirus vaksini sifariş etməsindən sonra bu dəfə Avropa Birliyi ölkələri eyni addımı atıb.
Almaniyanın səhiyyə naziri Jens Spahn əczaçılıq şirkəti ilə bağladıqları müqavilənin Avropa ölkələrinin marağına xidmət etdiyini deyib. "AstraZeneca"-nın CEO-su Paskal Soriot isə Avropadakı tədarük və təchizat şəbəkələrinin vaksinin sürətlə itehsalına və yayılmasına imkan verdiyini və bu işi yüksək səviyyədə reallaşdırcaqlarını deyib.
O, əlavə edib ki, Avropa Birliyi üçün istehsal ediləcək vaksinlərə görə gəlir əldə etməyəcəklər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !