Bunu anews.az-a açıqlamasında Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov deyib.
Onun sözlərinə görə, Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan Koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır.
Natiq Axundov əlavə edib ki, buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib. Ölkə vətəndaşlarının zərurət yaranmadığı təqdirdə İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !