Koronavirusa qarşı peyvənd hazırdır - Rusiyadan İDDİA

10:48 | 09.08.2020
Koronavirusa qarşı peyvənd hazırdır - Rusiyadan İDDİA

Koronavirusa qarşı peyvənd hazırdır - Rusiyadan İDDİA

Rusiyada dünyada ilk olaraq COVİD-19 koronavirusuna qarşı peyvənd hazırlayıb.

Anews.az milli.az-a istinadən xəbər verir ki, N.F.Qamaley adına Rusiya Epidemioloji və Mikrobioloji Tədqiqatlar Mərkəzində hazırlanmış peyvənd avqustun 12-də rəsmi qeydiyyatdan keçiriləcək.

hazırda son sınaqlar mərhələsi başa çatır. Peyvənd Rusiyada ilk əvvəl qocalara və səhiyyə sisteminin əməkdaşlarına vurulacaq.

Mərkəzin direktoru Aleksadr Ginzburqun dediyinə görə, peyvənd vurulandan sonra pasiyentdə bədən temperaturu qalxa bilər.

"Bu orqanizmə yad antigenin yeridilməsi kimidir. İmmun sistemi işə düşür və bədən hərarəti təbii yolla artır. Klinik sınaqların nəticələrinə görə, peyvənd vurulandan sonra bədən temperaturu 38 dərəcəyə çata bilər. Bu, normaldır və temperaturun artımı problemi adi "parasetamol" həbi ilə həll olunur", - A.Ginzburq deyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM