Koronavirusa yoluxan PA rəsmisinin vəziyyəti necədir? - AÇIQLAMA

14:02 | 22.06.2020
Koronavirusa yoluxan PA rəsmisinin vəziyyəti necədir? - AÇIQLAMA

Koronavirusa yoluxan PA rəsmisinin vəziyyəti necədir? - AÇIQLAMA

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın  profilaktik baxımdan verdiyi koronavirus (COVID-19) testinin ilkin nəticəsi müsbət olub.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın sözlərinə görə, Fərəh Əliyevadan tibbi protokola əsasən təkrar test götürülüb və təkrar testin nəticəsi neqativ olub.
COVİD-19 üçün götürülən ilkin testin nəticəsi müsbət olduğundan o, tibbi protokola əsasən, 14 gün müddətində ev şəraitində izolyasiyaya alınıb.

Hazırda Fərəh Əliyevanın vəziyyəti stabildir, hər-hansı bir şikayəti, xəstəlik simptomları qeydə alınmayıb. (Qafqazinfo)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb