Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 10 milyon 412 min 421 nəfərə çatıb.
Anews.az bildirir ki, məlumatı pandemiyanın statistikasını aparan "Worldometers" saytı yayıb.
Bildirilir ki, virusundan ölənlərin sayı 508 min 228 nəfərdir. İndiyədək 5 milyon 668 min 668 nəfər xəstəlikdən sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Virus 213 ölkədə qeydə alınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !