Koronavirusa yoluxanların sayı artıb

20:44 | 01.03.2024
Koronavirusa yoluxanların sayı artıb

Koronavirusa yoluxanların sayı artıb

2024-cü ilin fevralında ölkədə koronavirus infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirib ki, virusa yoluxanlardan 513 nəfər sağalıb.

Son ayda COVID-19-dan 28 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 114 nəfərdir.
 
2019-cu ilin dekabrında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. Daha sonra bu virus sürətlə yayılmağa başladı. 
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
 
Azərbaycanda pandemiya 2020-ci ilin fevralında təsdiqlənib. 

Aytac
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM