Koronavirusa yoluxmuş həkim: "İnsanlara bu virus yoxdur deyib, onları çaşdırmayın"

09:52 | 15.06.2020
Koronavirusa yoluxmuş həkim:

Koronavirusa yoluxmuş həkim: "İnsanlara bu virus yoxdur deyib, onları çaşdırmayın"

Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, infeksionist Nicat Əzimlidə koronavirus aşkarlanıb, bu barədə o, Facebook səhifəsində məlumat yayıb. 
 
"Bugünkü 387 nəfərin içində mən də varam. Ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara bu virus yoxdur deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın, sizin üçün həyatımızı riskə atmışıq. İnşallah görüşmək ümidi ilə”, -  deyə o, yazıb.

İyunun 14-ə Azərbaycanda daha 387 nəfərdə koronavirus aşkarlanıb, 4 xəstə ölüb, sağalanların sayı isə 274 nəfərdir. 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM