Koronavirusdan 120 milyon amerikalı ölüb

18:05 | 26.06.2020
ABŞ-ın keçmiş vitse-prezidenti, qarşıdakı seçkilərdə Demokratların ən favorit hesab edilən namizədi Co Bayden Pensilvaniya ştatının Lancaster şəhərində çıxış edib.


Bayden çıxışında gözlənilmədən 120 milyon ölkə vətəndaşının koronavirusdan öldüyünü elan edib. Ancaq daha sonra səhv məlumat səsləndirdiyini hiss edib və əslində təxminən 120 min amerikalının infeksiyanın qurbanına çevrildiyini bildirib.


Ancaq Baydenin əsas rəqibi, ABŞ-ın hazırkı prezidenti Donald Tramp dövlət başçısı olmaq niyyətində olan bir insan üçün bu cür səhvlərin yolverilməz olduğunu deyib.

(Daily Mail)
www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM