Koronavirusdan ölənlərin başqa xəstəlikləri müəyyən edilib.
Anews.az Oxu.az-a istinadən xəbər verir ki, Çinin Xəstəliklərə Nəzarət və Müdafiə Mərkəzi koronavirusdan ölənlərin yanaşı xəstəliklərini müəyyənləşdirib.
Məlum olub ki, koronavirusdan ölənlərin yanaşı olaraq 10,5 faizi ürək-damar xəstəliyi, 7,3 faizi diabet, 6,3 faizi xroniki obstruktiv ağciyər, 6 faizi hipertoniya, 5,6 faizi xərçəng xəstəliyi olub.
Ölənlərdən 0,9 faizinin isə yanaşı xəstəliyi olmayıb.
Qeyd edək ki, koronavirusdan ölənlərin sayı 2801-ə, bu virusa yoluxanların sayı isə 82164-ə çatıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !