Koronavirusdan sağalan həkim danışdı: – Bunları edirdim…

21:04 | 08.04.2020
Koronavirusdan sağalan həkim danışdı: – Bunları edirdim…

Rusiyalı həkim dietoloq Yevgeniya Kobilyaskaya koronavirusa yoluxaraq sağalanlardandır. O, öz telegram kanalında necə mübarizə aparması barədə danışıb. Belə ki, o, dədə-baba metodlarından çox istifadə edib.
 
Anews.az Medicina.az-a istinnadla xəbər verir ki, həkim immun sisteminə necə dəstək olduğunu açıqlayıb:

"Yatağa uzanıb, evdə nə yun materialdan geyim varsa geyinin, ayaqlarınıza yun corab, belinizə, boğazınıza şal. Yorğana bürünün. Xahiş edin ki, sizə tez-tez limonlu çay və yaxşı bir toyuq bulyonu versinlər. Bunları içsəz, immununuz toparlanacaq”.

Kobilyaskaya xəstəliyin gedişatından da yazıb:
"Əvvəl qoxu və dadbilməni itirdim, yeməkdən çəkindim. Sonra hərarətim qalxdı. İştahım olmadığından heç nə yemirdim, 3 kq arıqladım”.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM