Koronavirusdan sağalanlarda yeni fəsad müşahidə edilib

09:10 | 02.08.2020
Koronavirusdan sağalan insanlarda eşitmə ilə bağlı problemlər yaranıb.
"SelectNews”un məlumatına görə, Mançester Universitetinin alimlərinin bununla bağlı tədqiqatları "American Journal of Otolaryngology” nəşrində dərc edilib.
Mütəxəssislər koronavirusdan sağalan 121 nəfəri nəzarətdə saxlayıblar. Onlardan 16-sı eşitmələrinin zəiflədiyini bildirib. Bu problem onlar xəstəxanadan çıxdıqdan iki ay sonra yaranıb.
Mütəxəssislərin fikrincə bu, eşitmə siniri boyunca siqnalların beyinə ötürülməsinin pozulduğu eşitmə nevropatiyası ilə bağlı ola bilər.
Bununla birlikdə alimlər stress və infeksiyaya qarşı istifadə olunan dərmanların da koronavirusdan sağalanlarda eşitmə ilə bağlı problem yarada biləcəyini düşünürlər.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM