BAKU.WS "RT"-yə istinadən xəbər verir ki, bu barədə Proqressiv Təhsil İnstitutu dünya ölkələrində mövcud vəziyyətlə bağlı tədqiqat aparıb.
İlk olaraq risk qrupuna səyahət agentləri və bələdçilər daxildir. Çünki pandemiya sona çatdıqdan sonra insanlar heç də tez bir zamanda səyahət etmək fikrində olmayacaqlar. Sərnişin daşımalarında böyük itkilər səbəbindən hava yolları işçiləri də təhlükəli vəziyyətlə üz-üzədir.
Karantin rejimi ləğv edildikdən sonra fitness mərkəzləri də bütün müştərilərini salonlara qaytara bilməyəcək. Nəticədə bəzi gənclərin, təcrübəsi az olan müəllimlərin işsiz qalma təhlükəsi yaranıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !