Koronavirusla bağlı Çində son vəziyyət

19:00 | 19.11.2020
Çində son sutka ərzində 12 nəfər COVID-19-a yoluxub.

  "TASS” istinadla xəbər verir ki, Çin Səhiyyə Nazirliyi son sutkada qeydə alınan yoluxmaların hamısının xarici qaynaqlı olduğunu bildirib.
 
Verilən məlumatlara görə, 3 min 430 nəfər xəstəxanalardan çıxarılıb, 305 nəfərin müalicəsi isə davam etdirilir.
 
Bunlardan sadəcə bir nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, bu günə qədər Çində 86 min 381 nəfər koronavirusa yoluxub, 4 min 634 nəfər isə həmin xəstəlikdən vəfat edib.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM