Koronavirusla bağlı qadağalar ləğv edilir

09:37 | 21.04.2020
Koronavirusla bağlı qadağalar ləğv edilir

Koronavirusla bağlı qadağalar ləğv edilir

Dünyada koronavirusla mübarizə davam edir.
 
Anews.az-ın xəbərinə görə, bir çox ölkələrdə koronavirusa görə tətbiq edilən karantin rejimi yumuşaldılmağa başlanılıb.
 
Dünən Norveçdə uşaq bağçaları açılıb. Çex Respublikasında da az adamın iştirakı ilə toylara icazə verilib.
 
COVİD-19 pandemiyası davam etsə də, bəzi Avropa ölkələri karantin qaydalarını yumşaldır.
 
Ən sərt təcrid qaydalarını tətbiq edən ölkələr arasında yer alan İspaniyada karantin müddəti mayın 4-nə qədər uzadılıb.
 
Lakin orada da bəzi qadağalar aradan qaldırılıb və karantin rejimi müyyən qədər asanlaşdırılıb.
 
İspaniyada 27 apreldən uşaqların hava almaları üçün çölə çıxmalarına da icazə veriləcək.
 
Qadağaları azaltmaqda ehtiyatlı olmağa üstünlük verən Fransa hələ planlaşdırma mərhələsindədir. Orada ilk addımlar 11 maydan sonra atılacaq.
 
Fransanın Baş Naziri Eduard Filip bildirib ki, mayın 11-dən sonra normal həyata qayıtmaq yeni mrəhələnin başlanğıcı olacaq.
 
Baş nazir Fransa hökumətinin normal həyata qayıtmağa tələsmədiyini açıqlayıb.
 
Yeni mərhələ planı hazırlanan ölkələr arasında Polşa da yer alır. Orada yüz kvadrat metrdən böyük müəssisələr və kilsələrin fəaliyyətinə icazə verilir.
 
Fəaliyyətinə icazə verilən obyektdə bir insan üçün 15 kvadratmetrdən az yer ayrılmamalıdır.Baku.ws

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM