“Koronaviruslu jurnalistlərə baxan yoxdur” iddiasına TƏBİB-dən cavab

11:23 | 24.06.2020
“Koronaviruslu jurnalistlərə baxan yoxdur” iddiasına TƏBİB-dən cavab

“Koronaviruslu jurnalistlərə baxan yoxdur” iddiasına TƏBİB-dən cavab

Bu günlərdə xəbər saytları koronavirus testləri pozitiv çıxan jurnalistlər Nigar Abdullayeva, qardaşı Müşfiq Abdulla və həyat yoldaşının koronavirusa yoluxması barədə xəbər paylaşdı. Lakin dostları jurnalistin ailəsi karantinə yerləşdirilsələr də, onlarla maraqlanan olmadığını yazırlar:

"Adamların testi pozitiv çıxıb və vəziyyətləri ürəkaçan deyil. Ora-bura zəng etdikdən sonra bu gün təcili yardım gəlib götürdü və "Atletlər kəndi”nə yerləşdirdilər. Lakin təəssüflər olsun ki, adamların durumu ilə maraqlanan, gəlib qızdırmalarını ölçən, dərman verən heç kim yoxdur. Orda da deyilir ki, siz burda karantindəsiz, müalicədə yox.”

Bu kimi şikayətlərlər digər vətəndaşlarda da gəlir. Belə ki, artıq yoluxma sayı artığına görə əvvəllər "tanıdıqlarımızdan yoluxan yoxdur” deyirdiksə, indi çəmbər daralıb və hər kəsin ətrafında, qohum əqrəbasında xəstələnənlər barədə xəbərlər çıxır. Təəssüf ki, bu xəbərlər öz bərabərində "həkim çatışmır, xəstəxanalara almırlar, evdə müalicə olunun deyirlər, dərmanları özümüz alırıq, xəstəxanda gəlib diqqət etmirlər” kimi şikayətləri də gətirir.
Bütün bu suallara cavabı TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva verir.

 Rəvanə Əliyeva

Rəvanə Əliyeva "Bizimyol.info-ya bildirdi ki, koronavirusa yoluxmuş jurnalist Müşfiq Abdullayev və onun ailəsi diqqətdə saxlanılır. "Onların müayinəsi üçün həkimlər gediblər. Hazırda vəziyyətlərinin necə olduğunu bilmirəm. Əgər ağır vəziyyətdə xəstələrdirsə, onlar müalicə müəssisəsinə yerləşdiriləcəklər”.
Digər suallara cavab verən TƏBİB rəsmisi bildirdi ki, koronavirus xəstələrinin evdə müalicə oluna biləcəyi barədə Nazirlər Kabineti qərar verib , lakin tətbiqinə başlanılmayıb. Bəzi xəstələr var ki, onlar özləri səhiyyə müəssisəsinə getmək istəmirlər. Onlar bu barədə yazılı iltizam imzalayırlar.
"Konkret olaraq vətəndaşların şikayətləri varsa TƏBİB-in Vətəndaş şikayətləri şöbəsinə ünvanlaya bilərlər. O ki, qaldı insanların xəstəxanalara yerləşdirilməməsinə, xəstələrin xəsətəxanalara yerləşdirilməsi növbə ilə həkimlərin rəyi əsasında ağırlıq dərəcəsinə görə aparılır”,- deyə Rəvanə Əliyeva bildirib.

Vətəndaşlara ən başda özünüzü qoruyun, həkim çatışmazlığı, xəstəxanalarda yer çatışmazlığı ola bilər deyiləndə bu və bundan daha ağır durumlar nəzərdə tutulurdu. Karantin qaydaları insanları koronavirusdan sağaltmır, sadəcə yoluxma sayını azaltmaq və o dalğanı zəiflətmək üçün idi ki, dövlətin xəstələrə yardım etmək gücü olsun. O deyilən gün bu gündür. Təəssüf ki, gəlib qapımızın ağzında dayanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb