Koronavirusun bitəcəyi tarixi açıqlandı

10:18 | 02.04.2020
Koronavirusun bitəcəyi tarixi açıqlandı

Koronavirusun bitəcəyi tarixi açıqlandı

Rusiyada koronavirusa yoluxmanın pik həddi gələn həftəyə gözlənilir, kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxma normalarına əsasən demək olar ki, təqribən bundan 10-12 həftə sonra epidemiyanın sonu çatacaq.
 
Bu barədə Rusiya Federal Biomedikal Agentliyinin (FMBA) baş infeksionisti Vladimir Nikiforov Rusiyanın "Birinci kanal”ında yayımlanan "Dok-Tok” proqramının efirində proqnoz verib.
 
"Yayda sona çatması mütləqdir”, - deyə həkim yekunlaşdırıb.
 
Lakin Rusiya Səhiyyə Nazirliyinin baş infeksionisti Yelena Mallinikova koronavirusun fərdi yayılmalarının yayda da qeydə alınacağına dair fikirlərini bildirib.
 
Son məlumatlara görə, Rusiyada 2777 koronavirus infeksiyası qeydə alınıb. Ölənlər 24 nəfər təşkil edir. 190 nəfər isə sağalıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb