Koronavuris daxili turizmin inkişafına müsbət təsir göstərəcək - RƏSMİ AÇIQLAMA

11:58 | 27.02.2020
Koronavuris daxili turizmin inkişafına müsbət təsir göstərəcək - RƏSMİ AÇIQLAMA

Koronavuris daxili turizmin inkişafına müsbət təsir göstərəcək - RƏSMİ AÇIQLAMA

"Çində yayılmış koronavirus Azərbaycanda daxili turizmin inkişafına müsbət təsir edəcək. Çünki bu virusa görə insanlar ölkədən çıxmağa çəkinirlər". 

Anews.az "Report”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

O həmçinin bildirib ki, bu il Azərbaycana gələn turistlərin sayının artımı ilə bağlı proqnoz özünü doğrultmaya bilər: "Bu ilin əvvəlində proqnozlaşdırırdıq ki, Azərbaycana gələn turistlərin sayı 10% artacaq.
 
Amma bu rəqəmi korrektə edirik. Korrektə bizdən asılı deyil, qlobal məsələlərlə bağlıdır".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM