Koronvirusla mübarizə Səhiyyə Nazirliyinə verilməlidir - HƏKİMLƏRDƏN AÇIQLAMA

10:14 | 08.07.2020
Koronvirusla mübarizə Səhiyyə Nazirliyinə verilməlidir - HƏKİMLƏRDƏN AÇIQLAMA

Koronvirusla mübarizə Səhiyyə Nazirliyinə verilməlidir - HƏKİMLƏRDƏN AÇIQLAMA

Bütün dünyada yayılan Covid 19 virusu ölkələrin səhiyyəsini bir daha necə işlədiyini göstərdi. Azərbaycanda isə Covid 19-la mübarizədə bu səlahiyyət səhiyyə sisteminə  deyil, məhz TƏBİB-ə tapşırıldı. Daha sonra dəstək üçün Səhiyyə Nazirliyinə yenidən səlahiyyətlər verildi. Bu zaman isə ortaya bir çox problemlər çıxdı. İnsanlar əslində xəstəliyə yoluxduğu vaxt  kimə, necə müraicət edəcəklərini səhv saldılar.

Bəs görəsən pandemiya işəraitində səhiyyəyə nəzarətin iki quruma  verilməsi hansı zərurətdən doğub? 
 
Bununla bağlı səhiyyədə çalışan həkim ekspertlərin fikirlərini aldıq.

Həkim Yeganə Vəliyeva bildirir ki, koronavirusla mübarizənin iki qurumun nəzarətinə verilməsi çox pis haldır.  Hətta o, buna bir həkim kimi etiraz edir.
 
"Ailənin bir başçısı olar misalı üzərindən baxsaq bir ailədə iki rəhbər olanda dağılmağa məhkumdur. Eləcə TƏBİB-lə Səhiyyə Nazirliyinin fəaliyyəti tam bərbad bir formadadır. Buna birmənalı şəkildə Səhiyyə Nazirliyi nəzarət etməlidir".

Yeganə Vəliyeva onu da bildirdi ki, koronavirusla mübarizədə poliklinikalara verilən səlahiyyətlərdən sonra əslində çox biabırçı və virusun geniş yayılması üçün bir səbəb yaranıb. Çünki insanlar qızdırmalı halda poiknikalara yaxınlaşır,a heç bir qaydalara riayət etmir və beləcə yoluxma sayı getdikcə daha da çoxalır. 
 
"Mən həkim olaraq onu deyə bilərəm ki, bu gün poliknikalar birbaşa virusun yayılma mənbəyinə çevrilib. Belə olan halda hər bir poliknikaya bir polis nəzarətçisi qoyulmalıdır. İnsanları heç bir halda nəzarətdə saxlamaq olmur. Qızdırmalı adam ortalıqda çox asanlıqla gəzir. Hələ onun gəldiyi, basabasda mindiyi avtobusda nə qədər insana  virusu yoluxdurduğunu nəzərə aslaq  deyə bilərəm ki, bu sadəcə dəhşətdir", - Vəliyeva bildirdi.

 
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə isə dünya praktikasında bir işlə iki qurumun məşğul olması  halı yoxdur. Başqa ölkələrdə bu virusla mübarizə məhz Səhiyyə qurumuna tapşırılıb.

"Ümumiyyətlə isə bu işin təşkilinə əvvəldən Səhiyyə Nazirliyi nəzarət etməli idi.Ona görə ki, Səhiyyə Nazirliyi həm mütəxəssis sayı ilə həm infeksiyanın mübarizəsi təcrübəsi ilə TƏBİB-dən daha irəlidədir.  Ümumrespublika vaksinasiyasını həyata keçirən qurum Səhiyyə Nazirliyi idi.Sovet dövründən bu yana infeksiya ilə mübarizə təcrübəsi var.TƏBİB icbari tibbi sığorta həyata keçirilməsi üçün yaradılmışdı.Sadəcə bunun TƏBİB-ə həvalə olunması böyük bir yük idi.Sonra gördülər ki, bu yükün altından çıxmaq çətindir ona görə bir hissəsini verdilər Səhiyyə Nazirliyinə.  Belə halda da vəziyyət iki hissəyə bölündü. Ortaya bir çox problemlər çıxdı. Yaxşı olar ki, bütün bu proseslərə vahid bir qurum nəzarət etsin", professor vurğuladı.
 
Həkim Müşfiq Hüseynovun sözlərinə görə isə əslində problem işin iki quruma tapşırılmasında deyil. 

"TƏBİB pamdemiya zamanında yaranmayıb. 2018-ci ildə Azərbaycan Respublikasının prezidentinin  fərmanı ilə İTS nəzdində publik qurum kimi yaradılıb və Səhiyyə Nazirliyinin bir çox səlahiyyətləri  TƏBİB-ə verilib. Belə yanaşı qurumlar ölkədə az deyil. Eyni adlı və eyni işi görən qurumlar NK də və PA da var. Təbii ki, bu işə mane olur və güclərin parçananmasına gətirir. Heç kim məsuliyyətin altına tam olaraq girmək istəmir",  -  deyə Hüseynov bildirir.

M.Hüseynovun fikrincə problem ölkədə iki qurumun olması deyil.
 
"Ölkədə Operativ Qərargah var, və orada bütün qurumlardan nümayəndələr təmsil olunur. Qərarlar kollegial olaraq qəbul edilir. Bu gün konkret olaraq TƏBİB bu işi bacarmadı demək bütün məsuliyyəti onların boynuna atmaq olardı. Fikrimcə bu ədalətsizlik mövqedir. Bəli, çatışmazlıqlar var və çoxdur. Yanlış qərarlar var və indi də verilir. Amma razılaşaq ki, pandemik müharibə vəziyyətində olan ölkədə məsuliyyət davası aparılmamalı hər kəs işin öz  öhdəsinə düşən hissəsini dəqiq və zamanında görməldir. Bu ümumi bəladır və tək bizim ölkəyə aid deyil.

Başqa ölkələrin təcrübəsinə baxsaq, demək olar ki, hər yerdə Səhiyyə nazirliyi işin əsas hissəsini öz üzərinə götürüb, gündəlik brifinqlər edilir və xəstə, ölü sayı açıqlanır. Məsələn qardaş ölkə Türkiyədə Sağlıq Bakanlığı sosial şəbəkələr də daxil olmaqla çox aktiv iş görür. Bu gün ölkədə ən aktiv adam Səhiyyə Naziridir desək yanılmarıq. Bununla yanaşı nazirlik nəzdində Sağlıq Kurulu adlı görkəmli alim, epidemioloq, viusoloqlardan ibarət qurum fəlaiyyət göstərir, işlərin koordinasiyana yardım edirlər. Və ya Qazaxstanda, bizdəki kimi qərargah yaradılıb, ora SN, Yerli İcra qurumlarının nümayəndələri və epidemiologi mərkəz rəhbərliyi daxildir. Hərə öz işini görür. SN gündəlik brifinq keçirib hərəkətləri koordinasiya edir, icra orqanları şəhərdəki karantin vəziyyətinə nəzarəti, nəqliyyat, işləyən və işləməyən qurumlarla məşğuldur, epidemioıogi merkez isə pandemik ocaqların söndürülməsi və dezinfeksiya işləri ilə məşğul olur. 

Bizdə də OQ var. Yaxşı olardı ki, Səhiyyə nazirliyi işləri koordinasiya etsin. Yerdə qalan qurumlar da öz işini görsün.
Kimsə məsuliyyətin altına girməlidir. Kimin girməsinin önəmi yoxdur, əsas məsələ problemin çözülməsidir. Necə deyərlər hər kəs  "mən nə edim?” Soruşmamalı, "mən bunu edirəm” deməli və ümumi işə yardım etməlidir

Mövzu ilə bağlı TƏBİB-in fikirlərini almaq istəsək də mətbuat katibi Rəvanə Əliyeva bildirdi ki, bu səlahiyyətlərin verilməsi Operativ Qərargaha aid olan bir məsələdir. Onlar nə qərarlar verdisə TƏBİB-də bu qərarları yerinə yetirən bir qurumdur".
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM