Azərbaycanda orta məktəb direktorundan pul alan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanvarın 17-də özünü “Korrupsiya” qəzetinin əməkdaşı kimi təqdim edən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Faila İbrahimova Siyəkü kənd orta məktəbinin direktoru Hikmət Muradova hədə-qorxu gələrək, 100 manat alarkən Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !