Korrupsiyaya qarşı mübarizə aparan məmuru rüşvət üstündə tutdular

23:45 | 15.11.2019
Korrupsiyaya qarşı mübarizə aparan məmuru rüşvət üstündə tutdular

Korrupsiyaya qarşı mübarizə aparan məmuru rüşvət üstündə tutdular

Rusiya Daxili İşlər Nazirliyinin mayorunu rüşvətə görə həbs ediblər. Maraqlıdır ki, polis zabiti məhz korrupsiyaya qarşı mübarizə idarəsində işləyirmiş.

Bizimyol.info xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi iqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə idarəsinin baş səlahiyyətli nümayəndəsinin həbsi barədə məlumat yayıb. Məlumatda onun məhz rüşvət alarkən tutulduğu yazılıb.
Əməliyyatçılar onu paytaxt biznesmenlərinin birindən pul alarkən həbs ediblər. Məsələnin təfərrüatı açıqlanmayıb.
Son vaxtlar Rusiyada ard-arda bu qəbildən olan cinayətlər barədə xəbərlər yayılır. Əvvəllər də həbs edilənlər olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb