• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Kosmosa uçan ilk insan - VİDEO

Kosmosa uçan ilk insan - VİDEO
29.05.2020 03:16
Yuri Qaqarin bu gün Baykonur start məntəqəsində "Vostok" gəmisi ilə kosmosa uçurBu gün 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır və elə o gündən də dünya kosmonavtikasının əsası qoyulur.Kosmosa uçan ilk insan kimi Yuri Qaqarin 14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.Yuri Qaqarin 1934-cü il mart ayının 9-da kəndli ailəsində anadan olub. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. 1941-ci ildə məktəbə gedib, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçüb. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnib. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir. 9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir.1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Serqey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olur. O, Moskvada Kreml divarında dəfn olunub.Gizli materiallarla tanış olan o vaxtın tanınmış təyyarəçi kosmonavtlarından biri Aleksey Leonov bildiklərini mediyaya açmağa qərar verib. Sən demə milyonların sevimlisi, gənclərin qəhrəmanı olan Qaqarin 1968-ci ildə adi qəzanın qurbanı olub. Növbəti uçuş zamanı MİQ-15 təyyarəsində uçarkən kosmonavtın idarə etdiyi döyüş maşınına qəfildən daha müasir model olan digər bir qırıcı yaxınlaşır.Təxminən 10-15 metr yaxınlıqdan keçən naməlum təyyarə Qaqarinin olduğu qırıcını kursdan sapdırır. İdarəetməni itirən təcrübəli kosmonavt isə yalnız bu sözləri "Mən, 725-ciyəm. tapşırıq yerinə yetirilmədi" deyə bilib.Leonov bildirir ki, sadəcə məsələ o zaman SSRİ rəhbərliyinin göstərişi ilə məxfiləşdirilir və uzun zaman Qaqarin barədə müxtəlif şayiələrin yayılmasına səbəb olur. Bununla belə Leonov naməlum təyyarənin 4 min 200 metr hündürlükdə qəfildən MİQ-15-in qarşısına necə çıxdığını aydınlaşdıra bilmədiklərini deyir. ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
Dünya 14:05
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Dünya 13:15
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Dünya 08:36
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Rusiya bu əraziyə fosfor bombaları atıb  - VİDEO
Dünya 08:20
Rusiya bu əraziyə fosfor bombaları atıb - VİDEO
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Dünya 21:21
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Dünya 17:39
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Zelenskinin yaralı qız ilə dialoqu -
Dünya 12:03
Zelenskinin yaralı qız ilə dialoqu - "Biz "Tik-tok"u işğal etmişik" - VİDEO
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Dünya 16:36
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Hansı şirkətlər Rusiyadan gedib?
Dünya 23:47
Hansı şirkətlər Rusiyadan gedib?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol