Kosmosda alimləri şoka salan tapıntı - KƏŞF

16:31 | 26.02.2015
Kosmosda alimləri şoka salan tapıntı - KƏŞF

Kosmosda alimləri şoka salan tapıntı - KƏŞF

Elm adamları kainatın uzaq bir guşəsində Günəşdən düz 12 milyard dəfə böyük bir qara dəliyin varlığını aşkar edib. Qara dəliyin kainatın ilk başlanğıcında yarandığı ehtimal olunur.
 
ANN.Az CNN-ə istinadən xəbər verir ki, yeni kəşf edilən bu qara dəlik  analoqlarından təxminən iki qat daha böyükdür. Açıqlamanı Almaniyadakı "Max Plank" İnstitutunda çalışan elm adamı Bram Venemans verib. O, nə özünün, nə də həmkarlarının bir qara dəliyin necə olub bu qədər böyüyə bildiyinin səbəbini açıqlamaqda çətinlik çəkdiyini bildirib.
 
Fizika qanunlarına görə, nəzəri olaraq bu qara dəliyin ətrafındakı qazlardan bu qədər sürətli bir şəkildə "qidalanaraq" böyüməsi mümkün deyil. Pekin Universitetinin elm adamı Xue-Bing Vu açıqlamasında deyib ki, yeni bir qara dəliyin belə bir səviyyəyə qədər böyüməsi üçün həddindən artıq kəskin hadisələr səbəb ola bilər. Alim belə bir fərziyyə də irəli sürüb ki, iki ayrı-ayrı qara dəlik də birləşib bu qədər böyük ölçüyə malik ola bilər.
 
Yeni tapılan qara dəliklə bağlı məqalə "Journal Nature" jurnalında dərc olunub.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM