Kosta: "Çelsi" bu nəticədən məyus olmalıdır"

16:00 | 23.04.2014
Kosta: "Çelsi" bu nəticədən məyus olmalıdır"

Kosta: "Çelsi" bu nəticədən məyus olmalıdır"

"Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kosta Çempionlar Liqasının yarımfinalında dünən "Çelsi" ilə baş tutan oyun (0:0) haqda fikirlərini bölüşüb.Qol.Az-ın məlumatına görə, "L'Equipe" qəzetinə danışan ispaniyalı futbolçu "Çelsi"nin 0:0 hesabından narazı qalmalı olduğunu bildirib:"Çelsi"nin necə oynayacağını bilirdik. Təəssüf ki, qol vura bilmədik, ancaq top da buraxmadıq. Pis nəticə deyil, oyuna nəzarət bizim əlimizdə idi. Rəqib isə bu nəticədən məyus olmalıdır. Çünki onlar "Çelsi"dir, böyük komanda və favoritdilər. Finala çıxacağımıza inanıram. Çünki hələ də şansımız var".Qeyd edək ki, bu komandalar cavab oyunu aprelin 30-da, Londonda keçiriləcək. ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM