Kür çayı üzərindəki körpünün tikintisi başa çatdı

15:41 | 22.08.2014
Kür çayı üzərindəki körpünün tikintisi başa çatdı

Kür çayı üzərindəki körpünün tikintisi başa çatdı

Economics. M-3 avtomagistralının Hacıqabul-Bəhramtəpə hissəsində 9-cu km-də Kür çayı üzərindəki körpünün tikintisi başa çatdırılıb.

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildirilib.

 

Körpünün uzunluğu 317,7 m, qabariti Q-11,5, eni 14,85 m təşkil edir. Körpünün aşırım tirləri kəsilməyən monolit dəmir-beton tir olaraq, 3 aşırımdan ibarətdir. Orta aşırım tirlərinin  uzunluğu 140 m , kənar tirlərin uzunluğu isə, 82 m təşkil edir. Aşırım tirlərinin en kəsiyi “korobka” şəkilli (içərisi boş) olmaqla, kənar hissələrdə hündürlüyü - 8,5 m, orta hissədə isə 3,5 m təşkil edir.

 

Xatırladaq ki, Kür çayı üzərindəki bu körpüdə, son illərdə ağıryüklü maşınların intensiv hərəkəti ilə əlaqədar olaraq tez-tez aşırım tavalarında çökmələr baş verir, nəqliyyatın hərəkəti dayandırılırdı. Sürücülər alternativ, daha uzun yollardan istifadə etməli olurdu ki, bu da sürücülərin və sərnişinlərin haqlı narazılığına səbəb olurdu.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb