Kürün Şəmkir rayonu ərazisindən keçən hissəsində bədbəxt hadisə baş verib.FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Aran Dalğıc-Axtarış Qrupundan APA-nın qərb bürosuna verilən məlumata görə hadisə bu gün saat 19 radələrində Kür çayının rayonun Keçili kəndinə yaxın hissəsində baş verib. Kürün kənarına dincəlməyə gedən, rayonun Keçili kənd sakini, 31 yaşlı Mayılzadə Xəyalə Sahib qızı, onun övladları 13 yaşlı Rəfiyeva Nurlana Qoşqar qızı, 9 yaşlı Rəfiyeva Nurlan Qoşqar oğlu, həmçinin onlarla istirahətə gedən rayonun Səfər Cabbarlı kənd sakinləri 4 yaşlı Dostiyev Əkbər Natiq oğlu, 7 yaşlı Dostiyeva Fəridə Natiq qızı çayda batıblar. Məlumata görə, 4 azyaşlı uşaq çayın kənarında çimməyə giriblər. Suyun axını gücləndiyindən onlar batıb. Onları qurtarmaq istəyən Xəyalə Mayılzadə də suda boğulub. Saat 21 radələrində FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Aran Dalğıc-Axtarış Qrupunun əməkdaşları batanların meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !