ANN.Az xəbər verir ki, hakim Xose Kastro prokurorluğun 2.7 milyon avro pul cəzası verilməsinə yönəlik tövsiyə qərarının əksinə olaraq 49 yaşlı şahzadə Kristinanın da şübhəli şəxs qismində məhkəməyə cəlb olunması barədə qərar çıxarıb. Bu hadisə ilə dəfədir ki, İspaniyada krallıq ailəsində baş verir. Əgər günahkar olması sübuta yetirilərsə, şahzadəyə 4 il həbs cəzası kəsilə bilər.
Bu il dekabrın 9-da ölkə prokurorluğu şahzadə Kristinaya pul cəzasının kəsilməsini, həyat yoldaşı Urdangarinin isə mühakimə olunmasını tövsiyə etmişdi. Balear Adaları muxtar idarəçiliyinin yerinə yetirilməsi zamanı 2007-ci illərdə turizm, idman və mədəniyyət sahələrində təşviq etmək üçün dövlət büdcəsindən mənimsəmə və mənfəət məqsədli istifadə edildiyi iddiaları üzərindən açılan "Noos hadisəsi" adlı korrupsiya araşdırması zamanı ümumilikdə 14 nəfərlə bağlı həbs və pul cəzası istənilib.
Şahzadənin ərinə 19 il həbs istənilib
Şahzadə Kristinanın əri Urdangarin üçün 19 il həbs və 3,5 milyon avro pul cəzası istənilib. Adlarının araşdırmaya daxil olmasından sonra kral ailəsinin rəsmi tədbirlərindən uzaqlaşdırılan şahzadə Kristina və hersoq Urdangarin son 2 ildir İsveçrənin Cenevrə şəhərində yaşayır. Şahzadənin vəkili isə müvəkkilinin günahsız olduğunu və heç bir günahı olmadığını israr edir. İspaniyalı kral ailəsi, son hadisələr qarşısında susqunluq nümayiş etdirirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !