Ötən ay monarxda sətəlcəm aşkarlanmışdı və o xəstəxanaya yerləşdirilmişdi. Kral Ər-Riyadın klinikalarından birində tibbi yoxlamadan keçib.
Yanvarın əvvəlində onu, "ağ ciyər infeksiyası” diaqnozu ilə evə buraxsalar da, nəfəs almanı asanlaşdırmaq üçün boğazına xüsusi boru yeridilmişdi. Son dörd ildə kral onurğasında bir neçə cərrahiyyə əməliyyatı keçirib.
Abdulla dünyanın ən yaxşlı monarxı idi. O, ilk səudiyyə Kralı II Əbdül-Əzizin ailəsində dünyaya göz açmış, Məkkənin meri, milli qvardiyanın komandanı, baş nazirin birinci müavini vəzifələrini tutmuşdu. 2005-ci ildən o, taxt-tacda vəfat etmiş qardaşı Fəhdi əvəzləmişdi.
Onun yerinə taxta çıxmış Salman ibn Əbdü-Əziz əl-Səud 2012-ci il 18 iyundan taxt-tac varisi olub. Onun əvvəlki vəzifəsi Səudiyyə Ərəbistanının müdafiə naziri idi.//Oxu.az
Bizi sosial şəbəkələrdə izləyin !