Bakı vaxtı ilə 8:47-yə olan məlumata əsasən mart fyuçerslərinə görə şimal dənizinin Brent markalı neftinin qiyməti 1,18% artaraq bir barel üçün 49,46 dollar olub.
"Kral Abdallanın qısamüddətli perspektivdə neftə olan qiymətlərin qeyri-müəyyənliyini və dəyişkənliyi artıracaq”, - "Blumberg” agentliyinə Sanford C.Bernstein & Co analitiki Nil Beveric (Neil Beveridge) bildirib.
Bəzi analitiklər bazarın yeni kralın bazarda neftin çox olması ilə əlaqədar siyasətinə dair qeyri-müəyyən vəziyyətdə olduğunu deyirlər.
Digər analitiklər ehtimal edirlər ki, yaxın günlərdə bazarlar yeni kral - 1995-ci ildən ölkənin neft naziri olan Əli Əl-Nəiminin vəzifədə qalacağına diqqət edəcəklər.
Belə ki, Arabia Monitor-un baş iqtisadçısı Florans Eid-Oakden (Florence Eid-Oakden) agentliyə bəyan edib ki, hazırkı neft naziri ölkədə məşhur və hörmət edilən şəxsdir. O, bütün nazirlər kabineti dəyişməyənə qədər vəzifəsində qalacaq. //oxu.az
Bizi sosial şəbəkələrdə izləyin !