Kral Salmanın Fransa tətili etirazlara səbəb oldu

13:54 | 27.07.2015
Kral Salmanın Fransa tətili etirazlara səbəb oldu

Kral Salmanın Fransa tətili etirazlara səbəb oldu

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının kralı Salman Fransaya tətilə gedəcək. Onun qalacağı villanın yaxınlığındakı çimərliyin bir hissəsinin bağlanılması sadə fransızların şikayətinə və etirazına səbəb olub.

Bu hadisə Fransa mediasının gündəmini təşkil edib. 100 nəfərlik heyətlə Fransada tətil edəcək kral Salmanın qalacağı villanın dəniz sahilinə - çimərliyə açıqlan hissəsi çəpərə alınıb. Bunu görən 100 mindən çox yerli əhali şikayət ərizəsi yazaraq öz etirazlarını bildiriblər. Eyni zamanda villadan birbaşa çimərliyə lift çəkilməsi də fransızları daha çox hiddətləndirib. Hətta kralın qalacağı villanı yerləşdiyi ərazisinin meri - Vallauris bələdiyyə başçısı icazəsiz inşaat işlərinin görülməsi ilə bağlı ölkə başçısı Fransis Ollanda şikayət edib.

Kral Salman yaxın əhatəsində olan 300 nəfərlə villada qalacaq, yerdə qalan 700 nəfər isə yaxınlıqdakı hotellərdə yerləşdiriləcək.

Səudiyyə kralının Fransa tətilinin 3 həftə çəkəcəyi gözlənilir

Nuray


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM