Səudiyyə Ərəbistanın kralı Abdullah bin Əbdüləziz Al-Səud xəstəxanaya yerləşdirilib.
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, kralın səhhətində ciddi problemlər yarandığından ər-Riyad şəhərindəki xəstəxanada tibbi müayinə olunur. Lakin Kral Sarayının televiziya ilə yayımlanan bəyanatında onun səhhətilə bağlı hər hansı bir açıqlama verilməyib. 90 yaşlı Abdullah ölkəni 2005-ci ildən bəri idarə edir.
Qeyd edək ki, son aylar Səudiyyə Ərəbistanı kralının səhhətinin pisləşməsi ilə bağlı xəbərlər yayılıb. Kral, hətta ABŞ prezidenti Barak Obama ilə görüşərkən tənəffüs borusundan istifadə etməli olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !