Kraliçanın ayaqqabıları qalmaqal yaratdı

21:26 | 09.01.2014
Kraliçanın ayaqqabıları qalmaqal yaratdı

Kraliçanın ayaqqabıları qalmaqal yaratdı

Danimarka kraliçası Marqaret müxtəlif ölkələrin səfirlərininin Yeni ilini təbrik etmək üçün keçirdiyi Kristiansborq sarayında rəsmi dəvətə qış ayaqqabısı ilə gəlib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, kraliça Marqaretin dəvətə belə ayaqqabıda gəlməsi mətbuatın da gözündən qaçmayıb. Kraliçanın saraya girərkən ayaqqabılarını dəyişəcəyi gözlənilsə də o, bunu etməyib. Bir neçə il əvvəl dizlərindən əməliyyat olunan kraliça salondakı qonaqlar ayağa durarkən də həyat yoldaşı ilə birgə oturduğu yerdən tərpənməyib. O, səfirlərin bayramlarını da elə oturarkən təbrik edib. Kraliçanın ayaqlarını soyuqdan qoruduğu üçün saraya gələrkən belə ayaqqabılarını dəyişmədiyi xəbəbr verilir. Lakin Danimarka kraliçasının bu hərəkəti dəvətlilər tərəfindən qonaqlara hörmətsizlik və onlara qarşı yuxarıdan aşağı baxma kimi qiymətləndirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM