Kraliça Avropanı dağılmaqdan qorumağa çağırdı

20:03 | 25.06.2015
Kraliça Avropanı dağılmaqdan qorumağa çağırdı

Kraliça Avropanı dağılmaqdan qorumağa çağırdı

Britaniya kraliçası II Yelizaveta Almaniyaya rəsmi səfəri zamanı Avropanı şərqdə və qərbdə dağılmaqdan qorumağa çağırıb.

"Biz çox çalışmalıyıq ki, müharibədən sonrakı nailiyyəti qoruyaq" - deyə səfərinin birinci günündə Almaniya prezidenti Yoahim Qaukla görüşən kraliça deyib.

"Bilirik ki, Avropanın dağılması təhlükəlidir. Buna görə də onu bundan həm şərqdə, həm də qərbdə qorumalıyıq" - deyə Y.Qauk və Almaniya xalqı şərəfinə tost deyən kraliça qeyd edib.

Bukinhem Sarayı kraliçanın sözlərinin Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə referendumla əlaqəsinin olmadığını deyib.

"Bu, Avropa İttifaqı ilə bağlı deyil. Kraliça siyasətə qarışmır, o, heç vaxt siyasi bəyanat verməz" - deyə sarayın nümayəndələrindən biri bildirib.

Dauninq-Strit bildirib ki, Britaniyanın Avropa İttifaqında olub-olmaması məsələsini baş nazir David Kameron Almaniya kansleri Angela Merkellə müzakirə edəcək.

Referendumun keçirilməsi qərarı iyunun 10-da Britaniya parlamenti tərəfindən verilib. Ümumxalq səsverməsi 2017-ci ilin sonuna kimi keçirilməlidir (BBC).

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM