Kraliçanın yarıkeçəl heykəli... - Fotolar

23:25 | 27.01.2022
Bu il taxta çıxmasının 70-ci ilini qeyd edən Britaniya kraliçası II Elizabet son zamanlar həm sağlamlıq problemləri, həm oğlu Andreylə bağlı qalmaqal, həm nəvəsi Harrinin barəsində ortaya atdığı iddialar səbəbindən çətin dönəm keçirir. Bundan başqa, keçən il həyatının yarısından çoxunu birgə keçirdiyi həyat yoldaşı Şahzadə Filipp vəfat edib.
 

"Qafqazinfo” xəbər verir ki, kraliça bu dəfə maraqlı səbəbdən gündəmə gəlib.

Belə ki, kraliçanın Almaniyanın Hamburq şəhərində yerləşən Panoptikum Mum Heykəllər Muzeyindəki heykəli müzakirələrə səbəb olub.
Kraliçanın muzeydəki mum heykəli təmizlənərkən maraqlı həqiqət üzə çıxıb. II Elizabetin mum heykəlinin çəhrayı şlyapası çıxarılarkən onun yarıkeçəl olduğu məlum olub. Yəni heykəlin saçlarının yarısı yoxdur, başının ortası keçəl olaraq hazırlanıb.
Həqiqət muzeyin yenidən açılışı əsnasında təşkil olunan brifinqdə açıqlanıb. Sənətçi Susanna Faerber mum heykəlin saçlarını darayaraq düzəldib və şlyapanı yerinə yerləşdirib.

"Mum heykəllərin həqiqi kimi görünməsi üçün insan saçı istifadə edirik. O da çox bahadır. Bu səbəbdən bəzi mum heykəllərin saçlarının bir hissəsi yoxdur. Sadəcə, ziyarətçilərin görə biləcəyi hissələrə saç yerləşdiririk”, - Susanna kraliçanı incitmək, ya da onu məsxərəyə qoymaq kimi bir məqsədinin olmadığını sözlərinə əlavə edib.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM