Kürd peşmərgəsi Türkiyəyə girdi

15:40 | 29.10.2014
Kürd peşmərgəsi Türkiyəyə girdi

Kürd peşmərgəsi Türkiyəyə girdi

İraq Kürdüstanının Ərbil şəhərindən yola çıxan peşmərgə qüvvələri Kobaniyə getmək üçün Türkiyəyə keçib.  Avropa.info-nun məlumatına görə, peşmərgə konvoylarına türk ordusu nəzarət edir. 80 peşmərgə isə Urfa şəhərinə təyyarə ilə gətirilib.  Konvoy 60 zirehli maşından ibarətdir. Ağır silahlar da mövcuddur. Zirehli maşın karvanında “Qrad” reaktiv sistemi, raket atan silahlar, ABŞ istehsalı yeni zenit qurğuları var.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM