Kürd separatçıları Türkiyənin cənub-şərqində üç türk əsgərini güllələyiblər, Reuters şənbə günü türk hərbçilərinə istinadən xəbər verir.
Kürd Fəhlə Partiyasının (PKK) üç üzvündən ibarət qrup mülki geyimli əsgərləri öldürüb, Oxu.Az xəbər verir.
Hücum vaxtı onlar xidmət etdikləri post üçün elektrik cihazı alırlarmış.
Oktyabrın 24-də separatçılar iki avtomobili və elektrik stansiyasını yandırıb, onlara atəş açmağa başladıqdan sonra üç PKK üzvünü məhv ediblər. Bu hadisə Türkiyənin şərqində yerləşən Qars vilayətində baş verib.
Qeyd edək ki, oktyabrın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqda yaşayan 200 kürd könüllüsünə Kobaniyə köməyə getmək üçün ölkəsindən keçməyə icazə verəcəyini bildirib. Buna baxmayaraq, dövlət başçısı Kobaninin kürd müdafəçilərini “terrorçu” adlandırıb.
Reuters