Kredit faizlərininin yüksək olmasının əsası yoxdur

18:22 | 17.11.2013
Kredit faizlərininin yüksək olmasının əsası yoxdur

Kredit faizlərininin yüksək olmasının əsası yoxdur

Azərbaycanda biznes kreditlərinin faizlərini birrəqəmli həddə qədər azaltmaq mümkündür. Bunu mərkəzi bankın sədri Elman Rüstəmov bildirib. Ölkədə kredit faizlərinin yüksək olduğunu etiraf edən bank sədri bunun üçün bazarın strukturunun dəyişməli olduğunu deyib. Onun sözlərinə görə, hazırda istehlak kreditlərinə yüksək tələbat olduğunu görə, banklar faizləri qaldırır. Gələcəkdə tələbat azaldıqca faizlər də aşağı düşə bilər. 
Bu gün ölkədə istehlak kreditləri 20-30%-lə təklif olunur. Bankların kreditə verdikləri vəsait bir neçə mənbə hesabına formalaşır. Bunun böyük bir hissəsi elə vətəndaşların özlərinin əmanətləridir. Faktiki olaraq banklar bir vətəndaşdan illik 10-12 %-lə qəbul etdiyi pulu digər adama 20-30 %-lə satır. Əslində isə sadə hesablamalar göstərir ki, kredit faizinin içində təxminən 4-5% bankın xərclərini, rəsmi açıqlamaya görə 3% olan gəlirini, hətta maksimum 5%-dən hesablasaq görərik ki, verilən kredit 17 %-dən başlayaraq verilməlidir. Maksimum isə 22 % ola bilər. 
Amma reallıqda istehlak kreditlərinin faizləri 22%-dən başlayır. 
Ekspertlər ölkədə kreditlərin baha olmasını bir sıra amillərlə izah edirlər.
MDB ölkələri arasında ən ucuz kredit faizləri Qazaxıstandadır. Burda istehlak kreditləri ən yüksək 16%-lə verilir. Neft-qaz amilinə görə Azərbaycanla oxşar olan bu ölkədə kredit faizlərini necə aşağı salıblar.
“Qazaxıstan ümumilikdə daha dayanıqlı maliyyə sisteminə malikdir. İslahatlar nöqteyi nəzərindən çox irəlidədir. Neft-qaz və digər sahələrdən əldə olunan gəlirlər hesabına Qazaxıstanda faiz dərəcələri real sektor və əhali üçün xeyli aşağı salınıb” - deyə MDB Maliyyə-Bank Şurasının baş direktoru, Pavel Nefidov qeyd edib. 
Azərbaycanda da təklif olunan variantlardan biri neft pullarının aşağı faizlə banklara verilməsidir. Qonşu Rusiyada aparılan islahatlar nəticəsində kredit faizləri aşağı düşməyə başlayıb. Bunu Mərkəzi Bankın siyasəti mümkün edib. Bu ölkənin təcrübəsi Azərbaycan üçün də keçərli ola bilər.
“Bizim mərkəzi bank digər xidmətlərin də ona verilməsindən sonra ən böyük tənzimləyici olub. Tənzimləyicilər faiz dərəcələrinin aşağı salınması üçün platforma hazırlamalıdırlar. Mərkəzi bank banklarla sazişlər imzalayır , onlara borc pul verir. Həmçinin bankların maliyyələşməsində iştirak edə bilər” - deyə Rusiyanın “SMP” bankının nümayəndəsi Stanislav Polişşuk bildirib. 
Deməli sonda məsələ yenidən mərkəzi banka gəlib çıxır. Bu qurum bankirlərin milyonlarla pul qazanmaq iştahasının sadə vətəndaşları müflis etməməsi üçün hətta sərt tədbirlərə də əl atmalıdır. 
ANS PRESS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb