Kapital Bank digər banklarda kredit öhdəliyi olan müştərilər üçün əlverişli kredit imkanı yaratmağa davam edir. Xəbər verdiyimiz kimi bu xidmətdən faydalanmaqla müştərilər digər banklarda olan kredit öhdəliyini Kapital Bank-a gətirməklə kreditlərini nağdlaşdırma komissiyası olmadan əldə edirlər.
Yüksək faizlərdən və bir neçə yerə kredit ödəməkdən azad olmaq fürsəti yaradan kampaniya 3 iyun 2024-cü il tarixinədək keçərlidir. Həmçinin kreditlərini Kapital Bank-a gətirən müştərilər nağd kredit lotereyasında iştirak etmək şansı da qazanırlar.
Kampaniyadan yararlanmaq üçün 1 yazıb 8196 nömrəsinə göndərə və ya sizə ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərsiniz. Xatırladaq ki, Kapital Bank-dan 10.9%-dən başlayan xüsusi şərtlərlə 50 000 AZN-dək nağd kredit əldə etmək mümkündür.
Ətraflı məlumat üçün: https://kbl.az/rkgtk2
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !