Banklar imkanlar daxilində müştərilərinə güzəştlər etməyə çalışır. Lakin mövcud qanunlar bunu əsaslı şəkildə etməyə imkan vermir.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bildirib. Onun sözlərinə görə, bank müştərisinə böyük güzəşt edəndə əlavə vergi ödəməli olur.
Yəni əslində vergini guya endirim sayəsində gəlir əldə edən müştəri ödəməlidir. Ancaq bunu faktiki olaraq banklar yerinə yetirir. Bu isə banklara sərf etmədiyindən, borcalanları güzəşt imkanından məhrum edir. Mərkəz direktoru hesab edir ki, Vergi Məcəlləsindəki bu maddə maliyyə xidmətlərinə şamil edilməməlidir.
Digər bir məsələ məhkəmə rüsumları ilə bağlıdır. Yəni vətəndaş götürdüyü krediti ödəyə bilmirsə və iş məhkəməyə gedirsə, girovun qiymətinin 7 faizi civarında məhkəmə rüsumu da elə vətəndaş tərəfindən ödənilməlidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !