• $
  • €
  • ₽
  • ₺
  • £

Kreditlərə dövlət dəstəyinin verilməsi ilə bağlı MÜHÜM QƏRAR

Kreditlərə dövlət dəstəyinin verilməsi ilə bağlı MÜHÜM QƏRAR
09.07.2020 23:08
Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib.
Anews.az xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
"Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən və "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə
1. "Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilb.
2. "Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq olunub.
23. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilib.
4. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçirilir.
5. Müəyyən edilib ki, bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan dövlət zəmanəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu arasında bağlanılan Çərçivə Zəmanət Sazişi (əlavə olunur) əsasında rəsmiləşdirilir.
6. Bu Qərarın 5-ci hissəsində nəzərdə tutulan Çərçivə Zəmanət Sazişini Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Maliyyə naziri Samir Rauf oğlu Şərifova verilib.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
7.1. sahibkarlıq subyektləri dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərini icra edə bilmədiyi təqdirdə, həmin borc öhdəliklərini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirəcək;
7.2. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq cari ildə faiz subsidiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına verilməsini təmin etməlidir;
7.3. faiz subsidiyalarının verilməsi üçün tələb olunan vəsaitlərin növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görməli.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq faiz subsidiyalarının maliyyələşdirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 7-ci hissəsi ilə ayrılan vəsait və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol