Azərbaycanın Abşeron rayonunda dəhşətli qətl törədilib.
Abşeron Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Novxanı bağlarında qeydə alınıb.
Rayon sakini Bayram Həsənov ailə münaqişəsi zəminində qayınatası Nəzər Hüseynovu və qayınanası Rəfiqə Hüseynovanı güllələyib. Nəticədə onların hər ikisi aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.
Qətli törədən B.Həsənov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
APA
Bizi sosial şəbəkələrdə izləyin !