Kreml Bakıda Putin və Ərdoğan arasında keçirilən görüş zamanı gərginlik olma iddialarını rədd edib.
Avropa.info xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Ərdoğanın susqunluğunu iki ölkənin fərqli protokol qaydaları ilə izah olunub. Peskov deyib:
"Görüşdə həqiqətən susqunluq olub. Bu onunla əlaqədardır ki, Ərdoğan ənənəsinə uyğun protokol görüşlərində heç vaxt heç nə danışmır. Görüşün başında mətbuata açıqlama vermək onların praktikasına aid deyil.
Kremlin nümayəndəsinə görə, ölkələr arasında münasibətlərdə heç bir gərginlik yoxdur. Peskov Putin və Ərdoğan arasında çox yaxşı, konstruktiv görüşün olduğunu deyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !