Kreml: Ukraynadakı hadisələri dövlət çevrilişinə cəhd kimi qiymətləndirmək olar

21:28 | 19.02.2014
Kreml: Ukraynadakı hadisələri dövlət çevrilişinə cəhd kimi qiymətləndirmək olar

Kreml: Ukraynadakı hadisələri dövlət çevrilişinə cəhd kimi qiymətləndirmək olar

Ukraynada ekstremistlərin əməllərini dövlət çevrilişinə cəhd kimi qiymətləndirmək olar.APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Rusiya rəhbərliyinin nöqteyi-nəzərindən Ukraynada baş verənlərə görə məsuliyyət ekstremist ünsürlərin üzərinə düşür. Fikrimizcə, onların əməllərini dövlət çevrilişinə cəhd kimi dəyərləndirmək olar”, - deyə o vurğulayıb. D.Peskov qeyd edib ki, Moskvada radikal elementlərin zorakılıq əməllərini qətiyyən pisləyirlər. Onun sözlərinə görə, Ukraynanın müxtəlif şəhərlərində dövlət idarələri ilə yanaşı güc strukturlarına aid obyeklərin ələ keçirilməsi halları baş verir. “Faktiki olaraq bu ekstremist ünsürlər silahları ələ keçirir”, - deyə o vurğulayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb