Kremldən Ankaraya ümid

19:49 | 19.02.2015
Kremldən Ankaraya ümid

Kremldən Ankaraya ümid

"Qazprom" Türkiyə ilə bağlı layihəsini reallaşdıracağını bildirir

Rusiyanın "Qazprom" şirkəti Türkiyə ilə birgə nəzərdə tutduğu layihələrin reallaşdırılmasına əmindir və buna ciddi yanaşır.

ANS PRESS-in məlumatına görə, bunu şirkətin sədr müavini, Maliyyə-İqtisadi Departamentinin müdiri Andrey Kruqlov "Rusiya 24" telekanalına verdiyi müsahibədə deyib.

O bildirib ki, "Qazprom"un iqtisadi vəziyyətə baxmayaraq elan etdiyi layihələri, həmçinin Türkiyəyə qaz kəmərinin tikintisini reallaşdıracağına şübhə ilə yanaşmır: "Bütün bu layihələrə, o cümlədən "Sibirin Gücü" və Rusiyadan Türkiyəyə çəkiləcək qaz kəməri layihəsinə baxılır və nəticədə onlar reallaşdırılacaq. Buna heç bir şübhə yoxdur və biz bütün investisiya planlarımızı həyata keçirəcəyik. 

Onun sözlərinə görə, "Qazprom" öz büdcəsinin hesablanması vaxtı ənənəvi mühafizəkar yanaşmalara daha çox üstünlük verir. Biz əsasən daxili potensialımızı nəzərə alırıq. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM