Avqustun 3-də Krım tatarlarının liderinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılıb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda Ankarada olan Krım-tatar xalqı Məclisinin sədri Refat Çubarov məlumat verib.
Bundan əvvəl, avqustun 2-də Ankarada başa çatan Krım tatarlarının ümumdünya konqresinə müraciət edən Türkiyə prezidenti bəyan edib ki, onun ölkəsi heç vaxt Krımın ilhaqını qəbul etməyəcək. Həmin gün Ukrayna prezidentinin Krım tatar xalqının işləri üzrə səlahiyyətli nümayəndəsi Mustafa Cemilov, Məclis sədri Refat Çubarov və Məclis sədrinin müavini Aslan Ömər Kırımlı Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !