Krımı elektrik enerjisi ilə təmin edən ötürücü xətt partladılıb

10:00 | 22.11.2015
Krımı elektrik enerjisi ilə təmin edən ötürücü xətt partladılıb

Krımı elektrik enerjisi ilə təmin edən ötürücü xətt partladılıb

Ukraynanın Xerson vilayətində Krımı elektrik enerjisi ilə təmin edən ötürücü xətt partladılıb. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə "112 Ukrayna” telekanalı məlumat yayıb.
 
Məlumata görə, bu barədə "Feysbuk” səhifələrində Ukrayna DİN-nin nümayəndəsi İlya Kiva və Rusiyaya birləşdirilmiş yarımadanın ərazisində yayımına qadağa qoyulan ATR Krım-Tatar telekanalının baş redaktoru Osman Paşayev bildiriblər.   
 
Qeyd edək ki,  elektrik enerjisinin verilişində yaranmış problem nəticəsində yarımadadakı Simferopol, Sevastopol və digər iri şəhərlər işıqsız qalıb.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM