Kriminal avtoritet ''Şeyx Həmzət'' güllələndi

11:07 | 19.12.2017
Kriminal avtoritet ''Şeyx Həmzət'' güllələndi

Kriminal avtoritet ''Şeyx Həmzət'' güllələndi

Mərhum azərbaycanlı ''qanuni oğru'' Rövşən Lənkəranskinin ölümündən sonra onun bir nömrəli varisi sayılan Çeçen əsilli kriminal avtoritet ''Şeyx Həmzət'' ləqəbli, Həmzət Qastəmirova qarşı sui-qəsd planının qarşısı alınıb. Etibarlı mənbələrdən Criminal.az-a daxil olan məlumata görə, Turkiyə xüsusi xidmət orqanları tərəfindən əldə olunmuş telefon danışıqları və müəyyən materiallar Almaniyanın paytaxtı Berlin şəhərində yaşayan Şeyx Həmzətə göndərilib.

Müəyyən olunub ki, Şeyxin türk əsilli şəxsi cangüdəni bir neçə dəfə İstanbulda olub, ''Lotu Quli''nin yaxın ətrafında olan şəxslərlə görüşürmüş və onlara məlumatlar ötürürmüş. Hətta pul qarşılığnda ona Şeyx Həmzəti aradan götürmək təklif olunub. O, isə bununla razılaşıb və plan əsasında yaxın vaxtlarda Şeyxi aradan götürəcəyinə söz verib.

Bunu bilən Şeyx və yaxın adamları cəld tərpənərək cangüdənlərə tərəf gediblər. Cangüdənlərdən ikisi şeyx və adamlarının gəldiyini görüb və bundan şübhələnərək onlara atəş açaraq qaçmağa çalışıblar. Atəş nəticəsində Həmzət Qastəmirov sol əlindən və qabırğasından, yaxın adamlarından biri isə ayağından güllə yarası alıb. Onlar Berlin şəhər "Şarite" xəstəxanasına yerləşdiriblər. Cangüdənlərdən biri isə qaçmağa macal tapmayıb və ələ keçirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti