Krım Muxtar Respublikası Ali Şurasının deputatları Sergey Aksyonovu Nazirlər Şurasının sədri seçib.APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Sergey Aksyonov Krım Muxtar Respublikası parlamentinin deputatı və Krım parlamentində “Rus Birliyi” fraksiyasının sədridir. Qeyd edək ki, Krım Ali Şurası bundan əvvəl hökuməti istefaya göndərib. Anatoli Moqilyovun rəhbəri olduğu Nazirlər Şurası 2011-ci ilin payızından fəaliyyət göstərirdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !