Krım müstəqilliyini elan etdi - Şok bəyanat

14:25 | 11.03.2014
Krım müstəqilliyini elan etdi - Şok bəyanat

Krım müstəqilliyini elan etdi - Şok bəyanat

Krım parlamentinin Ali sovetinin deputatları muxtariyyətin müstəqilliyi barədə bəyannamə qəbul ediblər. ANN.Az-ın verdiyi xəbərə görə, bu barədə Krım parlamentinin mətbuat xidməti məlumat yayıb. 

"Müstəqil respublika kimi Krımda referendum keçiriləndən sonra, subyekt kimi Rusiya Federasiyasına daxil olmaq barədə müraciət ediləcək", - mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir. 

Ali sovetin növbədənkənar iclasında layihəni 78 deputat dəstəkləyib. Qərarın qüvvəyə mindiyi bildirilir. 

10 martda regionun baş naziri Sergey Aksenov Krım hərbi qüvvələrinin baş komandanı təyin olunub. O bildirib ki, Krım hökuməti Ukraynanın Hərbi Dəniz Qüvvələrini milliləşdirmək niyyətindədir. 

16 mart 2014-cü ildə muxtariyyətin statusu barədə referendum keçiriləcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM