Ukraynada baş verən son hadisələr nəticəsində siyasi proseslər müəyyən qədər axarına düşsə də, Krım məsələsi hələ də gündəmdədir. Rusiya Ukraynanın parçalanmasında daha çox maraqlı tərəf kimi çıxış edir. Özəlliklə də əhalisinin 58 faizi ruslardan ibarət olan Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı müxtəlif rəsmilərin dilindən fikirlər də səsləndirilib. Muxtar vilayətin 20 faizini təşkil edən tatarlar isə Ukraynanın ərazi bütövlüyünün tərəfdarıdırlar. Məsələnin maraqlı tərəfi odur ki, üçüncü qismi təşkil edən xaxollar hələ də susmaqda davam edir.
Dünən gecə saatlarında naməlum şəxlər dövlət binalarına hücum edərək Ukrayna bayrağının yerində Rusiya bayrağını sancıblar. Krım parlamentində Ukraynanın ərazi bütövlüyü yoxsa, Rusiyaya birləşmə məsələsində də ikitirəlik yaranıb.ANN.Az-ın əldə etdiyi son məlumata görə, Krım tatarları Rusiyaya birləşməyə tərəfdar olan deputatlara hücum edərək parlamentdə dalğalanan Rusiya bayrağını yandırıb. Baş verənlər haqqında daha geniş bilgi əldə edən kimi məlumat yayımlayacayıq.SeymurANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !