Krım Muxtar Respublikasının Nazirlər Şurasının sədri Anatoli Moqilyov hökumət binalarını zəbt etmiş şəxslərlə görüşüb.
APA-nınKrımın Nazirlər Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumatagörə, görüş Krım Nazirlər Şurası binasının foyesində baş tutub.
Binaları zəbt etmiş şəxslər danışıqlar aparmaq və tələblər irəli sürmək səlahiyyətində olmadıqlarını bildiriblər.***
12:20
Ukraynanın Krım Muxtar Respublikasında parlament və hökumət binasını ələ keçirmiş silahlı şəxslər özlərini “Krımın rusdilli əhalisinin özünümüdafiə qüvvələrinin təmsilçiləri” kimi təqdim ediblər.
APA-nın “e-Krım” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bunu Krım Nazirlər Sovetinin sədr müavini Rustam Temirqaliyev deyib. Hazırda yerli hakimiyyət silahlı şəxslərlə danışıqlar aparır. Hadisə ilə əlaqədar Simferopolda istirahət günü elan olunub. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !